ADAU Təcrübə və Karyera Mərkəzi

ABB-dən iş təcrübəsi olmayan gənclər üçün əla fürsət!

Ağstafa, Azərbaycan

22.10.21


Qeyd

"Azərbaycan Beynəlxalq Bankı - Rəqəmsal maarifləndirmə" təcrübə proqramına start verir!

Həmişə özündən söz açan layihələr təqdim edən və ictimaiyyət üçün daim bütün gücünü səfərbər edən Bankımız yaşı 18-dən 25-ə qədər (Ali və ya orta ixtisas təhsili alan tələbələr və ali və ya orta ixtisas təhsilini bitirmiş gənclər) olan və aşağıda sadalanan keyfiyyətlərə malik olan hər kəsi yeni təcrübə

proqramında iştirak etməyə dəvət edir.

"ABB Rəqəmsal maarifləndirmə" təcrübə proqramının fəaliyyətinin əsas məqsədi gənclərin 3 ay müddət ərzində fərdi inkişafına nail olmaqla, onlara asudə vaxtın səmərəli idarə edilməsi, əmək vərdişlərinin inkişaf etdirilməsi, gələcək karyera imkanlarının artırılması, bank qanunvericiliyi və fəaliyyəti üzrə

vacib olan biliklərin mənimsənilməsi, liderlik bacarıqlarının qazanılması,

sosiallaşması, komanda işinin öyrənilməsi üçün imkan yaratmaqdır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@abb-bank.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Rəqəmsal maarifləndirmə təcrübə proqramı (Region adı)" şəklində göstərilməsi xahiş edilir.

Təcrübə proqramına qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Qeyd: Təcrübə proqramı Ağstafa rayonunda keçiriləcək və ödənişlidir

Oxşar Elanlar